"Ulduz" fabriki yerli bazarla yanaşı Orta Asiya, Rusiya, Gürcüstan kimi xarici bazarlarda da şokolad markaları olan "Ritm", "Rocky", "Tango", "Xonça", “Seasons”, “Sema”, “Wedding” və bir sıra digər məhsulların müxtəlif çeşidləri ilə böyük nüfuz qazanıb. Fabrik 2014-cü ilin əvvəlindən daha iki yeni xəttin - Topnut markalı Draje və Çırtdan, Freş, Alpinmilk, Villi markalı Karamel xətlərinin işə salınması ilə öz fəaliyyət sahəsini genişləndirdi.
Hər zaman istehlakçılara yüksək keyfiyyətli məhsullar təklif edən fabrikdə bu gün müasir standartlara cavab verən avadanlıqlar quraşdırılmışdır. Müəssisəmizdə yaradılan şərait, texnoloji avadanlıqların daim yenilənməsi “ULDUZ” şokolad fabrikini qida sənayesi sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir.
İstehsal prosesində keyfiyyətə daim önəm verən şirkətin rəhbərliyi bunun üçün Almaniya, Belçika, İtaliya və bir sıra qabaqcıl Avropa ölkələrinin tanınmış şokolad istehsalçılarının fəaliyyət mexanizmini öyrənmiş və fabrikdə yeni müasir avadanlıqlar quraşdırılmışdır. Tamamilə avtomatlaşdırılmış, müasir qurğuların istismara verilməsi sayəsində məhsul istehsalı artırılmış və fabrikdə dünyanın an qabaqcıl müəssisələri ilə raqabət apara biləcək modern iş şəraiti qurulmuşdur. Hazırda fabrikin istehsal gücü saatda 3200 kiloqram və daha artıqdır.