BAĞLA
site by dream@rt
 

“Veysəloğlu” Şirkətlər Qrupu əlverişli iqtisadi mühit şəraitində daha da inkişaf edərək özünün istehsalat sahələrini yaradıb. Şirkət insan amilinə önəm verərək 2001-ci ildən etibarən şokolad və karamel istehsalına başlayıb. Qrupumuza daxil olan “Ulduz” şokolad fabrikinin fəaliyyətə başlaması respublikamızın iqtisadiyyatında qənnadı və yeyinti sahəsinin inkişafına güclü təkan verdi. Fabrikin fəaliyyətə başlaması daxili istehsala, qənnadı və yeyinti sənayesinə yeni keyfiyyət, yeni dad gətirdi.

Hər zaman istehlakçılara yüksək keyfiyyətli məhsullar təklif edən fabrikdə bu gün müasir standartlara cavab verən avadanlıqlar quraşdırılıb. Müəssisəmizdə yaradılan şərait, texnoloji avadanlıqların daim yenilənməsi “Ulduz” şokolad fabrikini qida sənayesi sektorunda qabaqcıl şirkətlərdən birinə çevirib.

İstehsal prosesində keyfiyyətə daim önəm verən şirkətin rəhbərliyi bunun üçün Almaniya, Belçika, İtaliya və bir sıra qabaqcıl Avropa ölkələrinin tanınmış şokolad istehsalçılarının fəaliyyət mexanizmini öyrənib, fabrikdə yeni müasir avadanlıqlar quraşdırılıb. Tamamilə avtomatlaşdırılmış müasir qurğuların istismara verilməsi sayəsində məhsul istehsalı artırılıb və fabrikdə dünyanın ən qabaqcıl müəssisələri ilə rəqabət apara biləcək modern iş şəraiti qurulub.