
Kamal Əliyev
Makro supermarketlər şəbəkəsinin direktoru

Veysəloğlu şirkəti haqqinda hər zaman müsbət rəyim var. 1995-ci ildən əməkdaşlığımız var.Mən bütün şirkətə uğurlar arzulayıram. Birgə kollektiv əməyin təcəssümüdür ki, bu işlər bu vəziyyətə gəlib cıxıb. Allah ruzinizi bol, qazancınzı artıq etsin. Hər zaman əməkdaşlığımız belə sürətlə getsin. Veysəloğlu şirkəti ilə çalışandan biz bu vəziyyətdə deyildik təbii ki, şirkət inkişaf etdikce bizdə inkişaf etmişik. Veysəloğlu çox sürətli inkişaf yolu keçmişdir. Allah bundan da artiq etsin. Əməkdaşlığımız daim artan sürətlə inkişaf edir və əməkdaşlığımızdan məmnunluq hissimi bildirmək istəyirəm.

Eşqin İsmayılov
Mega supermarketlər şəbəkəsinin direktoru

Veysəloğlu şirkəti ilə biz atıq 10 ilə yaxındır ki, işləyirik və əməkdaşlığımız hər zaman yüksək səviyyədə olub. Veysəloğlu bizim üçün əməkdaşlıq etdiyimiz şirkətlər arasında bir nömrədir. Artıq bu illər ərzində bizim aramizda yaranan yüksək münasibətlər daha böyük uğurlarımızdır. Bunu artıq bizim kollektivdə bilir, Veysəloğlu şirkətinin kollektivi də bilir. Əməkdaşlıq etdiyimiz bütün şirkətlərin mümayəndələri də bilir. Və bəzən sual verirlərki niyə məhz Veysəloğlu? Biz cavabında onlara hər zaman bildiririk ki, Veysəloğlu müştərilərinə hər zaman dəyər vermişdir, yəni burada maddi dəyərdən söhbət getmir təbii ki, mənəvi dəyərlərə daha üstünlük vermişdir. Veysəloğlu gördüyüm qədər şirkətdə çalışdığı əməkdaşlarına da yüksək dəyər verir və biz bunu görürük, onlarda olan ruh yüksəklikləri artıq gözlə görsənir. Yəni bu böyük uğurdur. Təbrik edirəm bütün şirkəti şirkət rəhbərliyini yəni bunu hər bir şirkət rəhbəri şirkət yarada bilmir. Buda istər-istəməz bütün müştərilərinə yansıyır. Biz bu səmimiyyəti, mənəvi dəyərləri görmüşük. Veysəloğlu inkişaf etdikcə biz də inkişaf edirik, biz inkişaf etdikcə Veysəloğlu inkişaf edir.Biz artıq demək olar ki, bir ailəyə çevrilmişik. Bu pul ilə yaranmır bu illərlə zamanla yaranan bir prosesdir. Elə bilirəm ki, ən böyük uğuru da budur.


Fuad Bədəlov
Favorit marketlər şəbəkəsinin direktoru

2008-ci ildən bəri, Favorit marketlər şəbəkəsi birinci dükanını acdığı andan Veysəloğlu şirkəti ilə sıx əməkdaşlıqda olmuşdur. Artıq 10 ilə yaxınlaşır ki, bizim əməkdaşlığımız davam edir. Bu balaca olmayan bir tarixdir. Nə deyə bilərəm bu haqda mən? 2008 də ümümiyətcə Azərbaycandapərakəndə sektorunun ilk qədəmlərini goyduğu vaxtdan bizim şirkət ilk addimlarını Veysəloğlu şirkəti ilə yan- yana yəni ki, bir rəqib kimi yox bir tərəf müqabili şəklində dəvam edir. Bu 10 il ərzində Veysəloğlu şirkətinin böyüməsi, daha da püxtələşməsi, işinə rəngarəng çalarların qatması, istər ceşidin secilməsi ilə istərsə də seqmetlərin çoxalması ilə inkişafı göz qabağında olub. Və bu illər ərzində biz Favorit marketlər şəbəkəsi olaraq, Veysəloğlu ilə öz aramızda olan münasibətdən məmnunuq və ümid edirik ki, bu əməkdaşliq hər zaman hər iki tərəfə də xeyr gətirsin. Mən Veysəloğlu şirkətinə səmimi qəlbdən inkişaf, inkişaf və yenə də inkişaf arzulayiram. Son illər ərzində Veysəloğlu şirkəti kadr işinə də verdiyi önəm göz qarşısındadır. Yəni ki, gələn işcilər onlar tərəfindən verilən təqdimat, işcilər arasında nəzərə çarpan biznes etikası, qarşılıqlı hörmət göz qarşısındadır və bu işdə bizdə onu görürük ki, Veysəloğlu şirkəti proqresini davam etdirir.


Vüqar İbrahimov
Neptun supermarketlər şəbəkəsinin direktoru

İlk öncə mən sizə təşəkkür edirəm ki, Veysəloğlu şirkəti bizləri bir dost kimi seçib. Ona görə ki, biz bu günkü bazarda duran insanlar deyilik. 2003-cü ildən bugünkü günə qədər Veysəloğlu şirkəti ilə əməkdaşlığımız dəvam edibdir. O gündən bu günə cox böyük vaxt getməyinə baxmayaraq eyni yolda eyni adımları atırıq. Veysəloğlu şirkəti ilk böyük topdancılıqla məşqul olan şirkətlərdəndir. Yəni xaricdən gələn malların ən çox bazar payını onlar təşkil edir. Biz onlarla İşləməyimizi böyük fəxr sayırıq ki, Veysəloğlu şirkəti ilə əməkdaşlıq edib bazarda yəni bu pərakəndə sektorunda birgə adımlayırıq. Veysəloğlu şirkətinə bizim arzumuz nə ola bilər? Bundan da böyük bir şirkət olsunlar. Hər zaman olduğu kimi bugünkü gün də biz əməkdaşlıqdan məmnun qalmışıq. Əlavə biz Veysəloğlu şirkətinin rəhbərliyinə kollektivinə uzun ömür, can sağlıği, gələcək işlərində də böyük müvəffəqiyyətlər arzulayırıq. Onların irəli getməsi bizlərində irəli getməsi deməkdir.
